Uçota durmayan internet provayderi cərimələndi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) istehlakçı şikayəti əsasında Abşeron rayonu, Xırdalan şəhərində “BHS Fiber” adı altında fəaliyyət göstərən “Netim Telekom” MMC internet provayderinin uçotadurma qaydalarını pozduğunu müəyyən edib.
Bu barədə sorğusuna cavab olaraq Agentlikdən bildirilib.
Məlumata görə, provayderin təqdim etdiyi xidmətdən narazı qalan istehlakçının şirkətin rəsmi adını müəyyən edə bilməməsi və şirkətlə əlaqə saxlamaqda yaranmış çətinliklər onun haqlı narazılığına səbəb olub, şikayəti əsasında araşdırma zamanı provayderin uçota alınmaması aşkar edilib, onun hüquqi məlumatları müəyyən edilib. İnternet provayder uçotadurma qaydalarını pozduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokolun tərtib edilməsi təmin edilib və məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati cərimə tənbehi tətbiq edilib.
"Telekommunikasiya sahəsində tənzimləmə və nəzarətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsinə dair tədbirlər çərçivəsində İKTA telekommunikasiya istehlakçılarına müraciət edərək gələcəkdə bu cür hallarla qarşılaşdıqları təqdirdə bu link vasitəsilə uçota alınmış operator və internet provayderlərin siyahısında xidmət provayderinin adının olub-olmamasını dəqiqləşdirmələrini tövsiyə edir. Qurum telekommunikasiya bazarında tənzimləmə işlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması, uçota durmaq istəyən internet provayder və operatorlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək", - deyə Agentlik bəyan edib.
İKTA -nın nizamnaməsi ölkə Prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






