Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı Mərkəzi Banka 19 tövsiyə edildi
Azərbaycan Respublikasının Prezidenti “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.
Marja.az xəbər verir ki, Fərman ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyələr edilib.
Qurum aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
- “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.9-cu maddəsinə uyğun olaraq, ödəniş xidməti hesab edilməyən və mobil rabitə operatoru tərəfindən təqdim edilən ödəniş əməliyyatlarının yuxarı məbləğini;
- həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini;
- həmin Qanunun 5.1.1-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qaydasını;
- həmin Qanunun 5.1.2-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını və tələbləri;
- həmin Qanunun 7.1.1-ci maddəsinə uyğun olaraq, elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri;
- həmin Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, ödəniş agentinin cəlb edilməsi və ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələbləri, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələbləri;
- həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, ödəniş xidməti təchizatçısı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verilməsi hallarını və qaydasını;
- həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, emissiya olunan elektron pulun valyutasını, maksimum məbləğini və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmini;
- həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, kiçik həcmli ödəniş alətlərinin müəyyənləşdirilməsi meyarlarını;
- həmin Qanunun 35.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələbləri;
- həmin Qanunun 36.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələbləri və məlumatların təqdim edilməsi qaydasını;
- həmin Qanunun 43.3-cü maddəsinə uyğun olaraq, lisenziya əsasında fəaliyyət göstərən operatorun minimum nizamnamə kapitalının miqdarını;
- həmin Qanunun 49.2.7-ci və 55.1.12-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;
- həmin Qanunun 49.2.11-ci maddəsinə uyğun olaraq, həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlara dair tələbləri;
- həmin Qanunun 49.3-cü maddəsinə uyğun olaraq, göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına dair tələbləri;
- həmin Qanunun 55.3-cü maddəsinə uyğun olaraq, operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələbləri;
-. həmin Qanunun 59.2.3-cü maddəsinə uyğun olaraq, müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən hüquqi şəxs üçün mülki məsuliyyətin sığortalanması və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın verilməsi üçün nəzərdə tutulan həddin minimum miqdarını;
- həmin Qanunun 62.3.1-ci maddəsinə uyğun olaraq, ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri;
- həmin Qanunun 62.4-cü maddəsinə uyğun olaraq, nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) formasını, məzmununu və təqdim edilməsi qaydasını.
Xəbər verdiyimiz kimi.
Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqləyib.
Marja xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 15-ci bəndlərinə uyğun olaraq ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
- 32 d. əvvəl
-
43 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Ən çox oxunanlar
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















