Rusiya avqustun 15-dən rəqəmsal rublu sınaqdan keçirməyə başlayacaq
Rusiya Mərkəzi Bankı rəqəmsal rublun pilot layihəsinə avqustun 15-də başlayacaq.
Marja.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova bildirib.
"Rusiya Mərkəzi Bankı avqustun 15-də real əməliyyatlarda rəqəmsal rublu sınaqdan keçirməyə start verəcək",- o deyib.
"Biz uzun müddətdir ki, real əməliyyatların başlamasına hazırlaşırıq. Pilot avqustun 15-də, bir neçə gündən sonra başlayacaq", - o, çərşənbə günü mətbuat konfransında bildirib.
Skoroboqatov əlavə edib ki, ilkin mərhələdə tənzimləyici rəqəmsal rublda pul kisələrinin açılmasını, müştərilər arasında köçürmələri və mağazalarda mal və xidmətlərin ödənişini sınaqdan keçirəcək. İlkin olaraq layihədə 13 bank iştirak edəcək.
Daha sonra Mərkəzi Bankın mətbuat xidməti qeyd edib ki, gələn il əməliyyatların siyahısı QR koddan istifadə etməklə ödəniş, hüquqi şəxslər arasında köçürmələr ilə artırılacaq. Bundan əlavə, sadə avtomatik ödənişlər üçün həllər genişləndiriləcək.
Skoroboqatova bildirib ki, Mərkəzi Bank artıq sınaq üçün ilk iştirakçılar qrupunu formalaşdırıb: Qrup 600 nəfərdən və on bir şəhərdə 30 ticarət və xidmət müəssisəsindən ibarətdir.
Mərkəzi Bank sədrinin birinci müavini vurğulayıb ki, çox qısa müddətdən - bir-iki aydan sonra tənzimləyici bütün prosesləri və prosedurları yoxladıqdan sonra hüquqi və fiziki şəxslərin sayının genişləndirilməsi ilə bağlı təkliflə çıxış edəcək.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 2021-ci ildə rəqəmsal rublun yaradılması üzrə işə başlayıb. Avqustun 1-dən Rusiyada qanunun əsas müddəaları qüvvəyə minib, ölkədə onun tətbiqi üçün hüquqi normaları müəyyənləşdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın


















.jpg)






