522 restorandan 466-sında nöqsan aşkar edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsi açıqlanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, qeyd olunan dövrdə Agentlik tərəfindən 346-sı planlı, 176-sı plandankənar olmaqla, 522 ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı 466 sahibkarlıq subyektində nöqsan aşkar edilib. Nöqsanlar ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, mətbəxlərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl edilməməsi, məhsulların saxlanma qaydalarına əməl olunmaması, xammalların saxlanması üçün ayrıca sahənin ayrılmaması, istifadə edilən xammalların müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması ilə əlaqədar olub. Həmçinin müəssisələrdə sanitariya norma və qaydalarına riayət edilməməsi, müvafiq emal sahələrinin ayrılmaması, emal olunmuş xammalların və yeməklərin üzərində etiketlənmə aparılmaması, mənşəyi məlum olmayan, üzərində etiketlənmə aparılmayan xammallardan və qidalardan istifadə edilməsi, idxal olunmuş məhsulların üzərində Azərbaycan dilində məlumatların olmaması, saxlanma müddəti bitmiş və istehlaka yararsız məhsullardan istifadə edilməsi və satılması, laboratoriyalarda müayinəyə cəlb edilmiş məhsullarla bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün müvafiq şəraitin təmin olunmaması, onların ilkin və dövrü tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı 466 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 85 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan edilməsi, 166 müəssisədə işçi personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Yoxlamalar zamanı 56 müəssisədə isə nöqsan aşkar olunmayıb.
Bundan əlavə, cari ilin 6 ayı ərzində 678 ictimai iaşə müəssisələrində 835 monitorinq həyata keçirilib. Aparılan monitorinq zamanı 466 müəssisədə 966 nöqsan aşkar edilib. Bunlardan 348-i obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, 289-u baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, 194-ü qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, 112-si mənşəyi məlum olmayan məhsullara dair uyğunsuzluqların aşkarlanması, 22-si işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) COVID-19 pasportuna malik olmaması, 1-i isə saxta alkoqollu içkilərin satışı ilə bağlı olub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
8 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
9 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
9 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)






