Tanımadığınız, eşitmədiyiniz kənd - təbiət möcüzəsi
Kiçik Qafqaz dağlarında təbiətin möcüzələrlə dolu əsrarəngiz qoynunda çoxlarının tanımadığı, haqqında belə eşitmədiyi bir kənd var. Bu kənd bir-birini təkrar etməyən, bənzərsiz təbiət mənzərələri ilə zəngin olan Goranboy rayonunun Buzluq kəndidir.
Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən kənd Kəpəz və Murov dağlarının əhatəsindədir. Əlvan çəmənliklərlə, sıx və zəngin meşələrlə əhatə olunan Buzluq bir təbiət möcüzəsidir. Dağlardan gələn bulaqların buz kimi şəffaf suyu axıb kəndin içindən keçən çaya qovuşur. Ağ bulaq, Qum bulaq, Qafar bulağı, Göyrüşlü bulaq, Daşlı bulaq və sair bulaqlar, kənddən bir qədər yuxarıda dağlardan tökülən şəlalə kəndin sakinləri və qonaqlar üçün əsl istirahət məkanlarıdır.
Buzluq kəndinin əhalisi əsasən heyvandarlıqla məşğul olur. Kəndin ətrafında çəmənliklərin və otlaqların olması bu sahənin inkişafına geniş zəmin yaradır.
Kəndin dağları kəklikotu, qantəpər, gülxac, çobanyastığı, çörək gülü, zirə, dəvədabanı, qatırquyruğu, baldırğan və sair dərman bitkiləri ilə zəngindir. Bitki örtüyünün rəngarəngliyi səbəbindən yerli əhali həm də arıçılıqla məşğul olur. Meşələrində vələs, cökə, palıd, ağcaqayın, göyrüc, həmçinin qoz, fındıq, alma, armud, alça, zoğal ağacları, böyürtkən, qarağat, moruq, itburnu kolları üstünlük təşkil edir.
Sıx meşələrin əhatəsində qaya daşlarının altında yayın istisində belə buz parçaları görmək olar. Elə kəndin adı da yəqin ki, bu səbəbdən buzluq adlanır.
© Azərtac
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























