KOBİA, İZİA və Tailand anlaşdı
KOBİA, İZİA və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkəti arasında imzalanmış sənəddə əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması nəzərdə tutulur.“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkəti arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkətinin baş direktoru Yuri Nelepçenko imzalayıblar.
Memorandumda əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması, əczaçılıq və qida əlavələri sektoruna töhfə verə bilmələri üçün KOB-ların məlumatlandırılması və qarşılıqlı əməkdaşlıq, yerli xammal bazasının inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi də daxil olmaqla əczaçılıq məhsulları istehsalı sahəsində təchizat zəncirinin inkişaf etdirilməsi, əczaçılıq sənayesində fəaliyyət göstərən KOB və startapların inkişafına birgə dəstək, əczaçılıq sahəsində biznes inkubatorların və tədqiqat mərkəzlərinin dəstəklənməsi kimi istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulur.
Həmçinin, tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC arasında Müqavilə imzalanıb.
Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev, “Supreme Pharmatech Co., LTD” şirkətinin baş direktoru Yuri Nelepçenko və “Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış üçtərəfli sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, KOBİA-nın dəstəyindən yararlanmış Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən Pirallahı Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















