"Hüquq" MTK-dan rəsmi qurumlara 17 dəfə şikayət etmişəm, nəticə yoxdur"
Azərbaycanın mənzil tikintisi sahəsində boşluqlar və özbaşınalıqlar saysız-hesabsızdır. Rəsmi qurumlar tərəfindən ciddi tədbirlər görüləcəyi barədə tez-tez məlumatlar verilməsinə baxmayaraq, tikinti şirkətləri və MTK-lar tərəfindən sakinlərdən sayğaclara görə qanunsuz ödənişlərin yığılması, onların aldadılması, işlərin natamam görülməsi (tikinti norma və qaydalarına əməl edilmir) və s. kimi problemlər davam edir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili ilə binaların tikinti şirkətlərinin nəzarətindən çıxacağı gözlənilsə də, mexanizm effektli olmadı. Bakıda əksər binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri faktiki olaraq tikinti şirkətlərinin və ya mənzil tikinti kooperativlərinin (MTK) nəzarətindədir, sakinlərin ödədiyi kommunal haqların necə xərcləndiyinin hesabatı verilmir.
18 MƏRTƏBƏLİ BİNADA LİFT ÇƏTİNLİYİ
Bakıda bir yaşayış kompleksi var ki, 20 ilə yaxındır istifadəyə verilsə də əsas lifti istifadəyə verilməyib. Binanın yuxarı mərtəbələrində yaşayan sakinlər həyətə düşmək və mənzilə qayıtmaq lazım gələdikdə zülüm çəkirlər.
Söhbət Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 38 ünvanında yerləşən və "Hüquq" MTK-nın çoxdan inşa etdiyi yaşayış kompleksindən gedir. Kompleksin 18 mərtəbəli C1 girişində yaşayan Osmanov Yunis Xalid oğlu sakinlər adından Marja-ya müraciətində bildirib ki, rəsmi qurumlara 17 dəfə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi yoxdur:
"Mən təxminən 15 ildir bu binada yaşayıram. C1 girişində iki lift nəzərdə tutulsa da yardımçı lift işləyir, əsas lift istifadəyə verilməyib. 18 mərtəbəli bir bina üçün kiçik bir lift kifayət etmir, düşüb qalxmaqda çox əziyyət çəkirik. Burada 30 ailənin 100-dən çox üzvü yaşayır. Əsas liftin işləməməsi barədə çoxsaylı müraciətlərimizin nəticəsi yoxdur. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanından sonra bu binadakı qüsurlardan bəziləri aradan qaldırıldı, amma tam şəkildə deyil, hazırda bir sıra problemlər qalmaqdadır, əksər sakinlər çıxarış (kupça) ala bilmirlər".
MKT DÖVLƏT AGENTLİYİNİN TƏLƏBİNƏ ƏMƏL ETMƏYİB
2022-ci ildə Osmanov Yunisin müraciətlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən verilən cavablarda bildirilir ki, həqiqətən "Hüquq" MKT tərəfindən inşa edilmiş binanın C1 girişində 2-ci liftin istismara verilmədiyi, qüsurlar olduğu aşkar edilib. Agentlik tərəfindən 15 gün ərzində nöqsanın aradan qaldırılması və liftin istismara verilməsi barədə "Hüquq" MKT-nın rəhbərliyindən tələb olunub.Həmin tələblərdən xeyli vaxt keçməsinə baxmayaraq "Hüquq" MKT liftin istifadəyə verilməsini təmin etməyib.
"Bir sıra vəzifəli şəxslər öz vəzifələrini düzgün və ya ciddi icra etmirlər. Tikinti şirkəti göstərişləri və tələbləri yerinə yetirmir. Bəs vəzifəli şəxslər müraciətlərə laqeyd yanaşdıqda vətəndaş nə etsin?!", - Yunis Osmanov deyib.
Əlavə edək ki, mətbuatda çıxan məlumata görə, "Hüquq" Mənzil-Tikinti Kooperativi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məhkəməyə verilib.
Sakinlərin müraciətilə əlaqədar "Hüquq" MKT ilə əlaqə saxlamağa cəhd etdik. MTK-da soğumuza və telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)









.jpg)





