1 milyon manatlıq istiqraz buraxan "VMF" şirkəti qazancını açıqladı
Saatların, qələmlərin, bıçaqların və alışqanların satışı ilə məşğul olan "VMF" Şirkəti 2022-ci ili 425 min 959 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 462 min 926 manat, 2020-ci ili 607 min 437 manat xalis mənfəət ilə bağlamışdı. Belləliklə, ildən ilə şirkətin xalis mənfəəti azalıb.
ŞİRKƏT BÖYÜYÜB
Marja.az şirkətin Emissiya Prospektinə xəbər verir ki, 31 Dekabr 2022-ci il tarixində "VMF" Şirkətinin cəmi aktivləri 5 milyon 874 min 464 manat təşkil edib (2021-ci ilin sonunda 5 milyon 792 min 100 manat).
31 Dekabr 2022-ci il tarixində "VMF" Şirkətinin cəmi öhdəlikləri 2 milyon 280 min 673 manat, cəmi kapitalı 3 milyon 593 min 792 manat təşkil edib.
İLLİK 13 FAİZLƏ VƏSAİT CƏLB EDİR
"VMF" Şirkəti hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd (1 milyon manatlıq) faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır. Qiymətli kağızın faiz gəliri illik 13%-dir. İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 18 aydır. İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 90 gündən bir ödəniləcəkdir. İstiqrazların yerləşdirilməsi prosesi “Unicapital İnvestisiya Şirkəti” ASC-yə həvalə olunub.
Qeyd edək ki, "VMF" Şirkətinin 20 min 220 manat nizamnamə kapitalının 100%-i Mustafayev Vahid Fuad oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
48 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)






.jpg)






