Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanılıb
Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılması ilə əlaqədar olaraq KİV nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 6-da Aqroparka mediatur təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov KİV nümayəndələrinə Yevlax Pilot Aqroparkın ümumi fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, 2021-ci ilin dekabrında rəmzi açılışı olmuş Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1187 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1297 hektarını 3000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi, 141 hektarını isə emal və sosial zona təşkil edəcək. İndiyədək Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda bu rezidentlər tərəfindən 130 hektaradan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilikçilik təşkil edir.
Bu layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.
Sonra media nümayəndələri Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin təsərrüfatında gedən məhsul yığımı prosesi ilə tanış olublar. “İSFA” MMC-nin direktoru Samir Xeyribəyov fermer təsərrüfatının fəaliyyətindən, yığım prosesindən danışıb. Diqqətə çatdırılıb ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 20 hektarını isə tingçilik təsərrüfatı təşkil edir. Meyvə bağının 8 hektarında ərik, 16 hektarında isə şaftalı və nektarin ağacları əkilib. Hazırda təsərrüfat sahəsində perfect red ərik sortunun, plagold 11 şaftalı sortunun, gartairo nektarin çeşidinin yığımı həyata keçirilir.
Bundan başqa hazırda “İSFA” MMC-nin tingçilik təsərrüfatının 10 hektarında gilasın 15, şaftalı və nektarinin 23, badamın 7, almanın 6, xurmanın 2, əriyin 4, gavalının 5, alçanın 3, armudun 2, qozun 2 çeşidi yetişdirilir.
Qeyd edilib ki, “İSFA” MMC tərəfindən Yevlax Pilot Aqroparkına bugünədək 1 milyon manatdan çox investisiya yatırılıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
10 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
11 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























