Millət vəkili: "Bəzi büdcə xərclərini azaltmaq lazımdır"
Azərbaycanın dövlət büdcəsində bəzi xərclərin azaldılmasına ehtiyac var.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib.
"Bu gün ölkədə su təchizatı, eləcə də əhalinin sosial müdafiəsi ilə bağlı çətinliklər var. Onların aradan qaldırılması üçün büdcənin imkanlarından istifadə etmək lazımdır. Həmçinin, olimpiya idman kompleksləri və digər idman qurğuları var ki, onlara ildə bir neçə milyon manat vəsait ayrılır, bunların dərhal özəlləşdirilməsi lazımdır ki, əlavə vəsaitlər olsun və biz sosial müdafiə sahəsinə pul ayıra bilək", - deyə o, əlavə edib.
Bundan başqa, deputat deyib ki, Azərbaycanda dərmanlar çox bahadır: "Bunun qarşısını almaq üçün tədbir görülmür. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























