Dövlət instansiyaları tərəfindən "Azərsığorta"nın kapital məsələsinə baxılır
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərsığorta" ASC-nin kapital çatışmazlığı məsələsinə aydınlıq gətirib.
AMB-dən bildirilib ki, dövlət mülkiyyətli şirkət olduğundan onun hazırda kapital məsələsinə qanunvericilik çərçivəsində müvafiq dövlət instansiyaları tərəfindən baxılmaqdadır.
Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 26.1.2-ci maddəsinə əsasən sığortaçının qiymətli kağızlarının buraxılması, sığortaçının kapitalının artırılması və azaldılması Səhmdarların Ümumi Yığıncağının səlahiyyətindədir. Mülki Məcəllənin 107.1.5-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin yenidən təşkili və ləğvi haqqında qərarların qəbul edilməsi Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətidir.
"“Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli 1751 nömrəli Fərman sözügedən sığorta şirkətinin idarəedilməsi ilə bağlı səlahiyyət bölgüsünü tənzimləyir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən "Azərsığorta"nın yenidən təşkili və ləğvi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib. Fərmanın 3.2.1-ci yarımbəndinə əsasən isə Azərsığortanın qiymətli kağızlarının buraxılması, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və mənfəətin və zərərin bölüşdürülməsi barədə qərar qəbul edilməsi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib" - deyə Mərkəzi Bankdan əlavə edilib.
Xatırladaq ki, dövlət sığorta şirkəti olan "Azərsığorta" ASC 2022-ci ili 10,5 milyon manat xalis zərərlə başa vurub. Bu isə sığorta şirkətində 7,2 milyon manat kapital çatışmazlığı yaradıb. Azərbaycan Mərkəzi Bankının son dövrlər maliyyə təşkilatlarında kapital məsələlərinə həssaslıqla yanaşması bu baxımdan "Azərsığorta"nın da maliyyə durumunu gündəmə gətirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
30 d. əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
37 d. əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
1 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
1 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza























