AMB məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faiz ödəyə biləcək
Azərbaycan Mərkəzi Bankına (AMB) ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququnun verilməsi təklif edilir.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, faizlərin ödənilməsi barədə qərarı AMB-nin İdarə Heyəti (İH) qəbul edir. Faizlər qərarda göstərilən müddətdə ödənilir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir.
Bundan başqa, saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və yaxud saxlanılması qaydası pozulduqda, AMB saxlama dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə aşağıdakı düsturla saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və yaxud daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edir (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır.).
AMB-nin məcburi ehtiyatlara görə maliyyə sanksiyası tətbiq etməsi qaydası müəyyən olunur
Azərbaycan Mərkəzi Bankının (AMB) məcburi ehtiyatın təmin edilməməsi səbəbindən maliyyə sanksiyası tətbiq etməsi qaydası müəyyən olunacaq.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, maliyyə sanksiyasının məbləği məcburi ehtiyatın təmin edilməməsi aşkar edildiyi gündən 5 iş günü müddətində bu halın aşkar edildiyi gün üçün müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır və kredit təşkilatının AMB-dəki milli valyutada olan müxbir hesabından, bu hesabda kifayət qədər vəsait olmadıqda AMB-nin xarici valyutada olan müxbir hesablarından (məcburi ehtiyatın təmin edilməməsinin aşkar edildiyi gün üçün AMB-nin rəsmi məzənnəsinə uyğun olaraq) tutulur.
Məcburi ehtiyatlar normasının təmin edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, AMB-nin İdarə Heyəti (İH) müvafiq kredit təşkilatının açıq bazar əməliyyatlarında iştirakını və ya ayrı-ayrı bank əməliyyatları aparmasını məhdudlaşdırmaq hüququna malikdir.
Hər hansı kredit təşkilatında AMB-nin tətbiq etdiyi likvidlik normativlərindən kəskin kənarlaşma halında AMB-nin İH-nin qərarı ilə həmin kredit təşkilatı məcburi ehtiyatların saxlanması tələbindən müvəqqəti azad edilə bilər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)











.jpg)






