Hasilatın azaldılması qərarlarından sonra neft qiymətləri yüksəlir
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin iyul ayında neft hasilatını könüllü olaraq əlavə gündəlik 1 milyon barel azaldacağını və vəziyyətdən asılı olaraq bu azalmanın uzadıla biləcəyini deyib.Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və müttəfiqləri (OPEC+) hasilatın azaldılmasını 2024-cü ilin sonuna qədər uzatmağa razılaşdıqdan və Səudiyyə Ərəbistanının iyul ayında hasilatı əlavə azaltmağı vəd etdikdən sonra yüksəlib.
Marja xəbər verir ki, bazar günü keçirilən OPEC+ toplantısında Səudiyyə Ərəbistanı iyul ayında hasilatını gündəlik təxminən 1 milyon barel də azaldaraq 9 milyon barelə endirəcəyini bildirib. Bu, OPEC+-ın 2022-ci ilin oktyabr ayından etibarən həyata keçirdiyi və bazar günü keçirilən iclasda 2023-cü ilin sonundan 2024-cü ilin sonuna qədər uzadılan ən azı 3,66 milyon barellik ixtisara əlavədir.
OPEC+ qrupu 2024-cü ilin yanvarından başlayaraq ümumi hasilat hədəflərini gündəlik 1,4 milyon barel azaltmağa razılaşıb. Bu azalmanın böyük hissəsi Rusiya, Nigeriya və Anqola üçün istehsal hədəflərini real cari istehsal səviyyələrinə uyğunlaşdırmalara hesabına olacaq.
Bu addım neft kartelinin xam neftin qiymətini artırmağa və əsas ixrac məhsulunun dəyərini saxlamağa çalışdığı bir vaxta təsadüf edir.
Brent neftinin fyuçersləri 1,7% artaraq bir barel üçün 77,66 dolları, Qərbi Texas markalı neftin fyuçersləri isə 2% artaraq barrel üçün 73,17 dolları görüb.
OPEC+ın ixtisarları qlobal iqtisadi artımın yavaşlaması və zəif tələbin bu il neft qiymətlərini aşağı salması və xam neftin beş aylıq ucuzlşaması ilə əlaqədardır. Aprel ayında karteldən gözlənilməz hasilatın azaldılması xam neft qiymətlərinə məhdud təkan verib, çünki bazarlar ABŞ-ın potensial borc defoltundan narahat idi və Çindən gələn zəif iqtisadi göstəricilər bu il tələbin bərpasına şübhələr yaradır.
Bazar günü qərar verilən hasilatın azaldılması. indi 2023-cü ilin ikinci yarısında daha qıt neft bazarlarından xəbər verir və hətta iqtisadi şərtlər pisləşsə və faiz dərəcələri yüksəlsə belə, qiymətləri nisbətən yüksək saxlaya bilər.
Çindən gələn bir sıra zəif iqtisadi göstəricilər, dünyanın ən böyük neft idxalçısında qeyri-bərabər bərpaya işarə edir ki, bu da öz növbəsində bu ilin sonunda tələbi məhdud saxlaya bilər. Avro Bölgəsi və ABŞ kimi iqtisadi güc mərkəzləri də bu il istehsal fəaliyyətinin yavaşlaması ilə mübarizə aparırlar ki, bu da bu il iqtisadi artıma mənfi təsir göstərəcək.
ABŞ-da faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı gözlənilir, xüsusən də qeyri-kənd təsərrüfatı əməkhaqqı may ayına qədər gözləniləndən daha çox artıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























