“Expressbank” audit hesabatı: 14,5 milyon manat xalis mənfəət
Expressbank kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti “KPMG” tərəfindən təsdiqlənib.
Bankın yaydığı press-relizdə bildirilir ki, Expressbank ötən ili 14 milyon 450 min manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci illə müqayisədə 36.8% yuxarı göstəricidir.
Ötən ilin yekununda bankın faiz və qeyri-faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 15% artaraq 47 milyon 800 min manat, qeyri-faiz gəlirləri isə 27% artaraq 18 milyon 216 min manat olub. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
Bankın aktivləri isə 25% artımla 437 milyon 390 min manata yüksəlib. Aktivlərin 298 milyon 948 min manatını kredit portfeli təşkil edib.
Hesabatda Bankın depozit portfelinin 208 milyon 166 min manat təşkil etdiyi qeyd edilib ki, bu da 2021-ci ilin göstəricilərindən 31% yüksəkdir.
Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)
