ABŞ-ın çip istehsalçısı 1 trilyon dollarlıq şirkətlər klubuna daxil oldu
ABŞ-ın çip istehsalçısı Nvidia-nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb. Şirkət bu dəyərə çatan 9-cu şirkət olub.Nvidia 1 trilyon dollarlıq bazar dəyərinə çatan ilk çip istehsalçısı oldu.
Marja xəbər verir ki, oyun dünyasının gedişatını dəyişdirəcək yeni süni intellekt texnologiyası inkişaf etdirən Nvidia şirkətinin səhmləri bu gün Nyu-York Birjasında 4 faizdən çox bahalaşaraq 409 dollara yüksəlib. Onun bazar dəyəri də 1,02 trilyon dollara çatıb.
Nvidia-nın baş direktoru Jensen Huang tədbirdə yeni süni intellekt superkompüter platformasını təqdim edib.
Keçən həftə Nvidia-nın növbəti rüb üçün satış proqnozları da bazar proqnozlarını aşıb və şirkət iyulda bitən 3 aylıq dövrdə satışların 11 milyard dollara yüksələcəyi proqnozunu paylaşıb.
Silikon Vadisindəki texnologiya şirkəti Nvidia, beləliklə Apple, Microsoft, Amazon və Alphabet də daxil olmaqla 1 trilyon dollar dəyərə çatan şirkətlər "karvanına" qoşulub. Dünyada 10-dan az şirkət bu bazar dəyərinə nail olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























