“Aztelekom” taekvondo üzrə Dünya çempionatının rəqəmsal sponsorudur
“Aztelekom” MMC 29 may – 4 iyun tarixlərində Bakıda keçiriləcək taekvondo üzrə Dünya çempionatının rəqəmsal sponsoru qismində çıxış edir. Şirkət sponsorluq çərçivəsində çempionatın keçirildiyi “Bakı Kristal Zalı”nı fiber-optik xətt üzərindən yüksəksürətli internetlə təmin edir.
Artıq 26-cı dəfə təşkil olunacaq mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir.
Ölkəmiz Dünya çempionatının keçirildiyi MDB ölkələri arasında 2-ci və Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci ölkə kimi tarixə düşəcək.
Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaqlar. Çempionata 145 ölkədən minədək idmançı və iki minədək qonağın gələcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, “Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir.
Bu günə qədər 1 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub. Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








