Kredit borcu barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdiriləcək
Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
Qərara əsasən “Kredit büroları haqqında” qanununda nəzərdə tutulmuş neqativ məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə Ədliyyə Nazirliyivasitəsilə “Elektron hökumət” portalında yerləşdiriləcək.
Burada söhbət borcun ilkin məbləği, cari borc məbləği, borcun məqsədi, müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər, vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim gündən artıq gecikdirilmiş borc), borcun ödənilməsi müddətinin uzadılması, borc öhdəliyinin təminatı, borcun təminat hesabına ödənilməsi, balansdan silinmiş ümidsiz borc, ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrdən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti və kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumatdan gedir.
Bundan sonra kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, həmin məlumatın aradan qaldırılması üçün “Kredit büroları haqqında” qanunda nəzərdə tutulmuş qaydada ərizə ilə məlumatı yerləşdirən notariusa müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. Ərizə kredit tarixçəsinin subyekti tərəfindən bilavasitə təqdim edilmədikdə və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən notariat kontorunda yazılmadıqda, ərizədəki imzanın həqiqiliyi notariat qaydasında təsdiq edilməlidir. Notarius yanlış məlumatın aradan qaldırılması barədə müraciəti “Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna göndərəcək. Kredit bürosu, kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə “dəqiqləşdirilir” qeydini daxil etdikdən sonra məlumatın düzgünlüyünün yoxlanılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə notariusa sorğu göndərəcək. Notarius sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə “Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna müvafiq məlumat göndərəcək. Şikayətin araşdırılması nəticəsində notarius kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilməyəcək. Notariuslar borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı müqavilə tərəflərinin hüquqlarının qorunması, hüquqi məlumatsızlığın onlara vura biləcək ziyanın qarşısının alınması və vərəsələrin kreditorlar qarşısında məsuliyyətinin izah olunması məqsədi ilə kredit bürosunun məlumatlarından istifadə edəcəklər. Bu zaman notarius notariat hərəkəti aparılan şəxslər barədə kredit bürosunda mövcud olan məlumatı informasiya sistemi vasitəsilə yoxlayacaq. Bu məlumatların pozitiv və ya neqativ olmasından asılı olmayaraq, tərəflər notariat hərəkətinin rəsmiləşdirilməsini tələb edərlərsə və bu hal mülki qanunvericilik və “Notariat haqqında” qanun ilə ziddiyyət təşkil etmirsə, notarius onların notariat qaydasında təsdiqlənmiş müvafiq ərizəsini alacaq, eləcə də çap edilmiş məlumatı onlara verəcək. Həmçinin, informasiya sistemində olan məlumatı çap edərək notariat işinə əlavə edəcək. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı “Elektron notariat” informasiya sisteminə daxil edəcək.
© APA
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























