Dövlət şirkəti Avropa Bankı tərəfindən mükafatlandırılıb
Mayın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Özbəkistan Respublikasının Səmərqənd şəhərində növbəti illik toplantısı keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Dayanıqlılığa investisiya” şüarı altında biznes-forum formatında təşkil edilən toplantı dayanıqlı qlobal iqtisadiyyat yaratmaq üçün praktiki strategiyaları müzakirə etmək məqsədilə siyasətçiləri, biznes liderlərini və ekspertləri bir araya gətirib. Forum zamanı üzv ölkələr tərəfindən ötən il təqdim edilən müxtəlif layihələr 5 nominasiya üzrə qiymətləndirilib.
“Aztelekom” MMC tərəfindən təqdim edilən və “Onlayn Azərbaycan” layihəsinin tərkib hissəsi kimi Azərbaycanın regionlarında təxminən 280 mindən çox ev təsərrüfatına ən müasir genişzolaqlı infrastrukturun tətbiqinin həyata keçirilməsinin nəzərdə tutulduğu müqavilə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və “Digital Policy Engagement of the Year (İlin rəqəmsal cəlbetmə siyasəti)” mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, “Rəqəmsal mükafatlar” AYİB və onun bütün sektorlarından olan müştəriləri tərəfindən cəsarətli və innovativ rəqəmsallaşma layihələrinə təntənəli surətdə təqdim edilir.
Xatırladaq ki, ötən il dekabrın 22-də “Aztelekom” MMC-nin genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı Avropa İttifaqının dəstəyilə “Aztelekom” MMC və AYİB arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb.
“Aztelekom” cəlb olunan maliyyə vəsaitini “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru kimi regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Beləliklə, şirkət şəbəkənin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, “Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz internet xidmətini təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)











.jpg)




