60 hektardan 3,3 min ton kartof götürüb
Bu gün Azərbaycan üçün mühüm hədəflərdən biri də kənd təsərrüfatını sürətlə inkişaf etdirərək yerli istehsal hesabına daxili bazarı lazımınca ərzaq məhsulları ilə təmin etməkdir. Onu da etiraf edək ki, bu sahədə müəyyən uğurlar da var.
İndi ölkədə elə bölgə tapmaq olmaz ki, orada kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində iş aparılmasın. Ən çox da diqqət ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına verilir. Belə məhsullardan biri də kartofdur.
Son illər Tovuz rayonunda bu sahəyə diqqət xeyli artmışdır. Rayon fermerləri iqtisadi cəhətdən gəlirli olan bu məhsulun istehsalını artırmaq üçün həm əkin sahələrini genişləndirir, həm də məhsuldar sortlara üstünlük verirlər.
Bu günlər belə təsərrüfatlardan birində olduq. Təsərrüfatın aparıcı mütəxəssisi Zaur Bağırovla görüşdük. O, əkin sahəsində yetişdirilən kartofun dərmanlanmasına nəzarət edirdi. Söhbət zamanı məlum oldu ki, təsərrüfat əsasən taxılçılıq və kartofçuluqla məşğul olur. Keçən il təsərrüfat 330 hektardan 2310 ton taxıl biçmişdir. İstehsal olunan məhsulun 1000 tonu toxum kimi ayrı-ayrı təsərrüfatlara satılmışdır.
Öyrəndik ki, təsərrüfat kartof istehsalında da yüksək göstəricilərə nail olur. Belə ki, ötən il icarəyə götürülmüş 60 hektardan 3 min 300 ton kartof götürülmüşdür ki, bu da 55 sentner məhsuldarlıq deməkdir. Təsərrüfat bu il kartof əkini sahəsini 80 hektara çatdırmışdır. Sahələrdə yaxşı çıxış alınmışdır. Əkilmiş kartofun suvarılmasında əsasən Ağstafaçay su anbarından istifadə edilir. Hazırda becərmə işlərində 4 nəfər çalışır. Məhsul yığımında onların sayı 40 nəfərdən çox olacaq.
Söhbət zamanı onu da öyrəndik ki, təsərrüfat əsasən Holland sortu olan "Marabel" və "Allergiya" sortlarından istifadə edir. Bundan başqa, qardaş Türkiyədən gətirilmiş "Qafqaz" və "Bahar" sortlarının da sınağı keçirilir. Yeni sortlar rayonun iqlim şəraitinə uyğunlaşsa və məhsuldar olsa, gələcək illərdə onlardan istifadə ediləcək.
Hazırda təsərrüfatın əkin sahələrində becərmə işləri gedir. Kartofun dibi boşaldılır, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür. Kollektiv əmindir ki, keçən il olduğu kimi, bu il də sahələrdən bol məhsul götürəcək.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






