ABŞ-ın borc limiti ilə bağlı çıxılmaz vəziyyət birjalarda qeyri-müəyyənliyi və təzyiqləri artırır
ABŞ prezidenti Co Baydenin Konqres liderləri ilə borc limiti ilə bağlı görüşü gələn həftəyə təxirə salınıb.
İclasın ləğv edilmədiyi, sadəcə təxirə salındığı, danışıqların davam edəcəyi bildirilsə də, Demokratlar və Respublikaçılar arasında borc limiti ilə bağlı müzakirələrin içindən çıxılmaz vəziyyət alması birjalarda qeyri-müəyyənliyi və təzyiqləri artırır.
Bundan başqa cümə axşamı Amerikada İstehsal Qiymətləri İndeksi (ÜFE) aprel ayında 0.2%, illik isə 2.3%-lik artımla proqnozların altında açıqlanıb.
Həmçinin ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı mayın 6-da bitən həftədə gözləntiləri aşaraq 264 minə yüksəldi. Bu isə 2021-ci ilin oktyabrından bəri qeydə alınmış ən yuxarı göstəricidir.
Eləcə də, mərkəzi ofisi Kaliforniyada olan ABŞ-ın regional bankı “PacWest”-in səhmlərinin qiyməti bankın depozitlərinin ötən həftə 9.5% azaldığını bildirməsindən sonra 23%-ə yaxın ucuzlaşması, regional banklarla bağlı narahatlıqları yenidən artırıb.
Digər regional banklar arasında “Western Alliance”-ın səhmləri 2%, “First Horizon”-un səhmləri isə 3%-dən çox ucuzlaşıb.
Bu göstəricilər fonunda dollar indeksi 100.80 bənd səviyyəsindəki dəstək həddini dünən də qoruya bildi.
Bu gün isə İngiltərədə Ümumdaxili Məhsulun və Sənaye İstehsalının həcmləri, eləcə də Amerikada İxracat və İdxalat Qiymət İndeksləri kimi önəmli iqtisadi göstəricilər investorlarının diqqət mərkəzində olacaq.
Qızıl “güvənli liman” missiyasını davam etdirir. Dünən korrektiv olaraq bir qədər ucuzlaşsa da, qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin üzərində qaldığı müddətdə, qiymət artımları yenidən bəpa oluna bilər. Təhlillərə əsasən hazərda 2011$-dan təklif olunan qızılın qiyməti 2021$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2034$ və 2046$-a kimi davam edə bilər.
Məlumat İnvestAz şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti

























