“MKT İstehsalat Kommersiya” müşavirələr keçirib
Əsas mövzular 2022-ci ildə pambıq becərilməsi zamanı yaranan axsaqlıqlar, onların həlli və 2023-cü il üçün hazırlıq olub.(®)“MKT İstehsalat Kommersiya” MMC fevral-mart aylarında aqronom, mexanik, fermer və ərazi nümayəndələri ilə silsilə müşavirələr keçirmişdir.
Bu müşavirələrin əsas mövzuları 2022-ci ildə pambıq becərilməsi zamanı yaranan axsaqlıqlar, onların həlli və 2023-cü il üçün hazırlıq olmuşdur.
Pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqi, fermerlərin texnika, maşın və gübrə ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin həyata keçirilməsi, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırılması, istifadəyə yararsız şoran torpaqların yenidən əkilib becərilməsi, fermerlərə laborator xidmətlərin göstərilməsi və s. vacib məsələlər də müşavirələrin gündəliyində öz əksini tapmışdır.
Eyni zamanda, rəhbər heyət tərəfindən şirkətin ümumi strukturu, pambıqçılıq sahəsində yeniliklər, dünya miqyasında pambıqçılıq və şirkətin qarşıda duran məqsədləri haqqında məlumatlar da tədbir iştirakçılarına çatdırılmışdır.
Hər bir müşavirənin sonunda, ötən mövsüm öz fəaliyyəti və nailiyyətləri ilə seçilən əməkdaşlar sertifikatlar və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.
Əlavə olaraq qeyd etmək istərdik ki, “MKT İK” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)



