“TamGənc” Basketbol Liqası” bu komandanın qələbəsi ilə başa çatdı
(®) ABB-nin əsas tərəfdaşlığı ilə tələbələr arasında keçirilən “TamGənc” Basketbol Liqası” başa çatıb.
Liqanın qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub.
Final qarşılaşmasında Akademiyanın tələbələri Azərbaycan Texniki Universitetinin komandasına 77 : 82 hesabı ilə qalib gəliblər. AzTU komandası Liqada 2-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası 3-cü yeri tutub.
Ötən ilin sonundan start götürmüş “TamGənc” Basketbol Liqasında ölkəmizdəki 7 universitetin komandaları yarışıb.
“TamGənc” Basketbol Liqası”nın qaliblərinə mükafatların təqdimatı mərasimində Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.
Qeyd edək ki, “TamGənc” Basketbol Liqası” adı ABB-nin 18 - 25 yaş arasında gənclər üçün nəzərdə tutduğu TamGənc kartı ilə bağlıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























