Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu!
“Gələcəyə dəyər” şüarı ilə 6 may 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq Milli İnsan Resursları Forumunun spikerləri məlum olub.
“Facemark” MMC və “Business Management School” MMC, “HR Option” MMC təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin və “Alas Academy”nin panel sponsorluğu, “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə insan resursları idarəçiliyinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
3 moderator və 13 spiker "Gələcəyə dəyər" qatmaq üçün "Gələcəyin insanı", "İstedad yoxsa təcrübə?", "Fərqli prizma", üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyəti sədrinin müavini Rəşad Məhərrəmovun moderator olduğu “Gələcəyin insanı” panelində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, "Paşa Sığorta" ASC-nin İnsan Resursları və Daxili Kommunikasiyalar Departamentinin rəhbəri Asif Sadıqov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “Kaynağım İnsan” şirkətinin HR konsultantı İpek Aral və "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin idarəedici partnyoru Tolga Acarlı “Sürətlə dəyişən iş mühitlərinin necə bir işçi qüvvəsinə ehtiyacı olacaq?” və “Gələcəkdə istedadlı işçilərin şirkətlərə bağlılığını artırmaq üçün necə iş mühiti qurulmalıdır?” sualına cavab axtaracaqlar.
SOCAR Downstream Management MMC-nin insan resursları direktoru Elmir Məmmədovun moderator olduğu "İstedad yoxsa təcrübə" panelində ABB QSC-nin insan resurslarının idarə edilməsi departmentinin direktor müavini Roman Süleymanov, “Baker Tilly Audit Azərbaycan” şirkətinin HR direktoru Təranə Qurbanova, Veysəloğlu Şirkətlər Qrupunun insan resursları direktoru Ziya Rəcəbov iki ziddiyyətli yanaşma ətrafında fikir mübadiləsi aparacaqlar.
"Fərqli prizma" paneli UNEC/Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimi Nərgiz Seyidzadənin moderatorluğu ilə baş tutacaq. Müasir Psixologiya Mərkəzinin rəhbəri Aidə Sübhan, yazar Aqşin Yenisey, aktyor, ssenarist Azər Aydəmir və “ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadə tərəfindən effektiv insan resursları idarəçiliyi metodlarını müzakirə ediləcəkdir.
Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (http://www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/mirfaze/
İnstaqram: https://www.instagram.com/mirf.aze/
Linkedln: https://www.linkedin.com/company/mif
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






