Azərbaycanda vergi ödəyicilərini sayı 5 faizdən çox artıb
Kommersiya qurumlarının 80,7 faizi elektron qaydada qeydə alınıb2023-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.430.739 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. İndiyədək 164.645 kommersiya qurumu, 20.937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
2023-cü ilin birinci rübü ərzində 3.877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur. Onlardan 85,4 faizi yerli investisiyalı, 13,1 faizi xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7 faizi elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 93,6 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2022-ci ilin birinci rübü ilə müqayisədə 76 vahid çox) qeydiyyata alınıb.
2023-cü ilin birinci rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22,4 faiz artıb. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 26,6 faiz artıb. Hesabat dövründə 399 publik hüquqi şəxsi dövlət qeydiyyatına alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
20 d. əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
-
- 50 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
-
2 saat əvvəl
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 28-də gözlənilən hava şəraiti
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Ən çox oxunanlar
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın







.jpg)



.jpg)








