Dövlət büdcəsi 471 milyon kəsirlə icra edilib
2017-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir:
2017-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7722,8 mln. manat, xərcləri 8193,9 mln. manat olmuş, 471,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.
Gəlirlər
2017-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3 faiz və yaxud 7722,8 mln. manat icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 25,9 faiz və ya 1589,0 mln. manat çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,5 faiz icra edilməklə dövlət büdcəsinə 3353,0 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz və ya 162,9 mln. manat çoxdur.
Həmin vəsaitin 71,7 faizi və ya 2404,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 111,9 faiz əməl edərək dövlət büdcəsinə 1169,2 mln. manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz və yaxud 173,8 mln. manat çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 59,0 mln. manat az və ya 2991,0 mln. manat istifadə edilmişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 151,0 mln. manat təşkil etmişdir ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz və yaxud 23,7 mln. manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 58,6 mln. manat vəsait daxil olmuşdur.
2017-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4131,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz və ya 1675,8 mln. manat çoxdur.
Xərclər
2017-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,2 faiz və yaxud 8193,9 mln. manat icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 20,1 faiz və ya 1372,4 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 42,7 faizi və yaxud 3499,9 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz və yaxud 541,4 mln. manat çoxdur.
Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 397,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1180,8 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 41,5 mln. manat vəsait yönəldilmişdir.
2017-ci ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4281,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz və ya 83,1 mln. manat çoxdur.
Kəsir
2017-ci ilin altı ayında dövlət büdcəsində 471,1 mln. manat büdcə kəsiri (defisit) yaranmışdır. Dövlət büdcəsinin kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülmüşdür.
İcmal büdcə
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11606,1 mln. manat, icmal büdcənin xərcləri isə 11507,1 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 99,0 mln. manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 5 saat əvvəl
-
5 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
6 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!















.jpg)






