İnvestorlar bu dəfə Kanada bankından narahatdırlar
Qlobal bazarlarda bank sektoru ilə bağlı risklər davam edərkən, investorlar da özlərini mövqeləndirməyə çalışırlar. İnvestorlar bank səhmlərində ən böyük qısa mövqeni "TD Bank" səhmlərində tutublar.Silikon Vadisini sarsıdan və sonra İsveçrəyə yayılan bank etibarı böhranında bu dəfə gözlər Kanadaya çevrilib.
Marja-nın məlumatına görə, məlum olub ki, bank sektoru səhmlərində ən böyük qısa mövqe təxminən 3,7 milyard dollarla Kanadanın ikinci ən böyük bankı olan "Toronto-Dominion Bank"ına (TD Bank) qarşı tutulub. (Qısa mövqedə aktivin ucuzlaşacağı gözlənilir).
"TD Bank" səhmlərində qısa mövqelər bank sektoru üçün ümumi narahatlığı əks etdirir.
"TD Bank"ın əmanətlərin bankdan çıxmasına səbəb ola biləcək likvidlik problemi yoxdur.
Analitiklər bankın Kanadanın mənzil sektorundakı yavaşlamaya qarşı həssas ola biləcəyi barədə xəbərdarlıq edirlər. İpoteka kreditlərinin geniş istifadə olunduğu Kanadada problemli ipoteka kreditlərinin artımasının "TD Bank"da əks oluna biləcəyi ilə bağlı narahatlıqlar var.
Bazar dəyəri 47 milyard dollar olan "TD Bank" ABŞ-da ortaq tapmaq danışıqları aparır. Bu addım da investorları narahat edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 1 saat sonra
-
19 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
-
28 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 32 d. əvvəl
-
48 d. əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib

























