Elektrik enerjisi 1-ci, polipropilen 2-ci, fındıq 3-cü olub - “İxrac icmalı”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın mart sayını təqdim edir.
Marja xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6% artıb.
2023-cü ilin yanvar-fevral ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5%, çay ixracı isə 22,7% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8% artıb.
2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına isə 19 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyasına (69,6 milyon ABŞ dolları) ikinci və Gürcüstana (40,3 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (14 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,5 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,5 milyon ABŞ dolları olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
























.jpg)


