“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
ABŞ-da başlayan və Avropaya yayılan bank sektoru ilə bağlı narahatlıqlar monetar siyasət gözləntilərində qeyri-müəyyənliklərin hakim olmasına səbəb olarkən, FED ötən həftə ərzində uçot dərəcəsini 0.25% artıraraq 4.75-5.00%-ə çatdırdı.
ABŞ-ın bank sistemi "möhkəm və dayanıqlıdır" açıqlaması verən FED, son hadisələrin ev təsərrüfatları və bizneslər üçün daha sərt kredit şərtləri ilə nəticələnəcəyini və iqtisadi fəaliyyətə, əmək bazarı və inflyasiyaya təzyiq göstərəcəyini bildirib.
İqtisadiyyatla bağlı proqnozlarını açıqlayan FED, bu il üçün faiz dərəcələri ilə bağlı proqnozlarında dəyişiklik etməyib.
Görüşdən sonra sualları cavablandıran FED sədri Jerom Pavel bankın inflyasiya ilə mübarizəni davam etdirəcəyini vurğulayaraq, daha çox faiz artımı ehtiyacını qiymətləndirərkən, gələn məlumatlar, dəyişən iqtisadi mənzərə və xüsusilə kredit sərtləşdirməsinin gözlənilməz təsirləri üzərində fokuslanacaqlarını bildirib.
İclasdan sonra valyuta bazarlarında gözləntilərdə ciddi dəyişikliklər olmasa da, bankın ilin sonuna qədər faiz dərəcələrini 100 baza bəndi endirəcəyi ehtimalları da məzənnələrin qiymətlərində hiss edilir. Lakin növbəti iclasda bankın 80% ehtimalla faiz dərəcələrini dəyişməyəcəyi təxmin edilir.
FED və bazar gözləntiləri arasındakı uyğunsuzluğun qeyri-müəyyənlikləri artırdığına diqqət çəkən analitiklər, qarşıdakı dövrdə bazarlarda volatilliyin arta biləcəyinin vurğulayırlar.
Ötən həftə həmçinin Maliyyə Naziri Janet Yellenin çərşənbə günü verdiyi açıqlamalar bazarlarda volatilliyin artmasına səbəb oldu.
Yellen, Senatda 2024-cü maliyyə ili büdcəsi ilə bağlı iştirak etdiyi iclasda, bütün bank əmanətlərinin sığortalanması üzərində çalışmaların olmadığını bildirib.
Yellenin açıqlamalarından sonra regional bankların səhmləri ucuzlaşıb.
Yellen cümə axşamı ABŞ Nümayəndələr Palatasındakı açıqlamalarında lazım gələrsə, əlavə tədbirlər görə biləcəklərini də əlavə edərək risk qavrayışını yumşaltmağa çalışıb.
Digər tərəfdən, FED rəsmilərinin monetar siyasətin gələcəyi ilə bağlı verdiyi mesajlar da investorların diqqət mərkəzində olmşdur.
Qarışıq makroiqsitasdi göstəricilərin təsiri ilə artan qeyri-müəyyənliklər fonunda cümə günü dollar indeksi 101.70 bənd həddindən dəstək alaraq 102.70 bənd hədlərinə kimi yüksəldi.
Bu həftə Amerikada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi və Şəxsi Xərclər Qiymət İndeksi kimi inflyasiya göstəriciləri DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri EURUSD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftəni 1.22$ səviyyəsinin üzərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq ÜDM göstəriciləri və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin açıqlamaları ciddi təsir edə bilər.
GOLD
Ötən həftə FED sədri Jerom Pavel və ABŞ Maliyyə Naziri Janet Yellenin bir-birinə zidd açıqlamalarına baxmayaraq qızılın unsiya üzrə qiyməti həftəlik 0.5% ucuzlaşaraq həftəni 1979$ səviyyəsində başa vurub.
Təhlillərə əsasən bu həftə Amarikada və İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsi, eləcə də Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1962$ həddinin altına düşsə, yenidən 1930$-a və 1905$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)








.jpg)





