Bakı-Ağstafa marşrutu üzrə axşam reysi təyin edilir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixində sayca 3-cü reysi təyin edir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 17.00-da yola düşən qatar mənzilbaşına saat 21.55-də çatacaq.
Xatırladaq ki, 18 mart tarixində səhər saat 08.25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13.20-də, 08.45-də yola düşən ikinci qatar isə saat 13.40-da Ağstafaya çatacaq.
Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa müvafiq qaydada təmin ediləcək.
Qeyd edək ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100km/ saat təşkil edir.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
43 d. əvvəl
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
-
46 d. əvvəl
BVF: Bu il Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötəcək
-
55 d. əvvəl
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 5 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib
"Neftqazmaş" 2025-ci ili xalis mənfəətlə başa vurub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 5 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
"Agrarco" şirkətinin ixrac gəliri 5 dəfəyə yaxın artıb
Azərbaycan neftinin son qiyməti
ABŞ-ın texnologiya nəhənglərindən güclü maliyyə nəticələri
Bu bank pulunuza illik 12% gəlir təklif edir






.jpg)








.jpg)







