Bakıda “Fərqli Fərdlər” konqresi keçiriləcək
11 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresi keçiriləcək.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, artıq ənənəyə çevrilmiş konqres bu il 5 illik yubileyini qeyd edir. Beş illik bir müddətdə daha da inkişaf edən konqresin gündəliyindəki mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri əhatə edəcək.
“Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), daun sindromu və digər mövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə bu şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.
Qeyd edilib ki. “Fərqli Fərdlər” 2023 aid geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər. Platforma yerli və xarici natiqlər arasında əlaqələrin qurulması üçün əla vasitə rolunu oynayır. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri olan insanların özləri də olacaq.
Konqresinin prodüseri “Autistic city” Autizm spektr pozuntusu (ASP) diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, ASP olan şəxs Antonina Steynberqdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, “Fərqli Fərdlər”də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da çalışacaqlar.
Konqresin açılış mərasimində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova layihə üçün xüsusi olaraq yazılmış “Fərqli Fərdlər” himnini ifa edəcəklər. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” Yaradıcılıq Qrupu öz iştirakları ilə tədbirə rəng qatacaq. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar inklüziv kompozisiyalarla tədbirdə çıxış edəcəklər.
Konqresin builki proqramına 3 bölmə və panel müzakirəsi daxildir:
I bölmə: İlk andan
II bölmə: Məktəb vaxtı
III bölmə: Birlikdə böyüyürük
Panel müzakirəsi: Müşaiyət olunan işə qəbul
Ənənəvi olaraq “Fərqli Fərdlər”in mövzuları təşkilatçılar tərəfindən müasir tələblər, eləcə də iştirakçıların xahişləri nəzərə alınmaqla formalaşdırılır. Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunacaq. Konqres zamanı həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, autizmli insanlarda qidalanma pozğunluğu, “bullinq” və məktəbə inteqrasiyası, inklüziv işə qəbulu, perspektivlər və digər mövzular qaldırılacaq. Qeyd edilməlidir ki, bu mövzularda çıxış edən mütəxəssislər hazırda Azərbaycan məktəblərində inklüzivlik üçün öz proqramlarını həyata keçirirlər.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün günəbaxanlı boyunbağlar tərəfdaş - “ZAMA LLC” tərəfindən təmin olunacaq. Məlum olduğu kimi, günəbaxan zahirən görünməz əlilliyin beynəlxalq simvoludur. Beləliklə, “Fərqli Fərdlər”in iştirakçıları boyunbağ sahibinin gizli əlilliyini görə biləcək və nəticədə oriyentasiya, qərar qəbul etmək və ya əlavə yardım üçün onlara daha çox vaxt lazım ola biləcəyini anlayacaqlar. Günəbaxanlı boyunbağların sahibləri üçün rahat şərait və yeməklərin verilməsi üçün ayrıca xətt təşkil ediləcək. Bundan əlavə, zalda uşaqlar və böyüklər üçün xüsusi istirahət otağı fəaliyyət göstərəcək.
Bu il də tədbir xüsusi qayğıya ehtiyacı olan insanlara daima qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Sosial Xidmətlər Agentliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi ilə təşkil edilir.
“Fərqli Fərdlər” konqresinin gümüş sponsoru “PMD Group” şirkətidir. Sessiya sponsoru – “GrowGroup Azerbaijan”, Qeydiyyat sponsoru qismində isə “Gubre.az” şirkəti çıxış edir. Tədbir həmçinin "AzExpoMontage", “ZAMA LLC”, “Credo Group”, “Black & Black Studio”, “BakPro MMC”, “Art-Trio” Creative Studio, “Pro Media Group”, "Konfrans Services" və “Propaganda Agency” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçısı “Caspian Event Organisers” (ceo.az) şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 16 d. əvvəl
-
-
17 d. əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
19 d. əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
24 d. əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
-
30 d. əvvəl
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
-
40 d. əvvəl
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
51 d. əvvəl
Avropa Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Ən çox oxunanlar
Azvak.az-da yeni iş elanları
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Rusiya yanacaq idxalına başlaya bilər
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq























