Pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur
Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) brifinq keçirilib.
Fondun İdarə Heyətinin sədri Himalay Məmişov vurğulayıb ki, Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də - pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir.
Prezident İlham Əliyevin tapşırığına əsasən son beş ildə artıq 4 islahat paketi icra olunub ki, bu islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artımlara nail olunub.
Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum aylıq əmək pensiyasının məbləği də 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə, 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub və hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 40,7 faiz üstələyir.
H.Məmişov eyni zamanda, yeni Sərəncamla pensiyaların Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək bu ilin 1 yanvar tarixindən artırıldığını qeyd edib.
Bildirib ki, bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılıb.
2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur. Hazırkı yeni indeksasiya artımı da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) daxil olmaqla 1,1 milyon pensiyaçını əhatə edir.
Ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib və maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə 14,7 faiz indeksləşdirilərək artırılır.
Qeyd olunub ki, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. İndeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faiz) üstələyir.
Yeni artımdan sonra pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığı bildirilib.
Dövlət başçısının yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək artırıldığı kimi, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq, yəni 13,9 faiz indeksləşdirilərək artırılır.
Hər iki istiqamətdə artımlar, yəni həm pensiyaların, həm də fərdi hesablardakı pensiya kapitallarının artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















