Azərbaycanda səhmdar cəmiyyətlərin 94 %-i özəlləşdirilib
Bu günə qədər Azərbaycanda 1 566 səhmdar cəmiyyət yaradılıb və keçən ilin sonuna qədər bunların 1 476-sı tam özəlləşdirilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.
O, bildirib ki, digər 90 səhmdar cəmiyyətin isə 23-nün nəzarət zərfi dövlətə məxsusdur:
"Bunların 67-sinin isə nəzarət zərfinin 30 %-i dövlətdə qalıb. Bunun da müxtəlif obyektiv səbəbləri var. Özəlləşdirilmiş 1 476 müəssisədən yalnız 434-ü, yəni 30 %-i öz profili üzrə və ya profilini dəyişdirməklə aktiv fəaliyyətdədir. Qalan 55 %-i fəaliyyətini dayandırıb. Digərləri isə öz ərazisini icarəyə verməklə fəaliyyət göstərir. Yəni həmin müəssisələrin 55 %-i özəlləşəndən sonra işləyə bilmədi. Çünki onların əksəriyyəti həm yeni dövrün tələblərinə cavab vermir, həm də əvvəlki bazarlarını itirib".
M. Eynullayev qeyd edib ki, dövlətin payı olan digər müəssiələrdə isə mütəmadi monitorinqlər aparılır: "Onların fəaliyyətinə uyğun sahədə böyük təcrübə qazanmış sahibkarları aşkar edib onlarla fərdi görüşlər təşkil etməklə bu müəssisələrin özəlləşdirilməsini təşviq edirik. Bunun əsas yolunu isə investisiya müsabiqələrində görürük".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 14 d. əvvəl
- 18 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 57 d. əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb







.jpg)






.jpg)








