Qablaşdırma məhsullarını istehsal edəcək fabrikin işə düşməsinə az vaxt qaldı
Qablaşdırma məhsullarının istehsalı müəssisəsində son tamamlama işləri görülür. Müəssisənin investisiya dəyəri 4,25 milyon manatdır.İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing İndustry” QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsində son tamamlama işləri görülür.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, müəssisənin investisiya dəyəri 4,25 milyon manatdır.
Layihə üzrə indiyədək görülən işlərə artıq 4,1 milyon manat sərmayə qoyulub və işlərin əsas hissəsi (təqribən 80 faizi) tamamlanıb.
İtaliya və Çin texnologiyalarının tətbiq olunacağı müəssisədə 20 çeşiddə məhsul istehsal ediləcək.
Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “UPI - Universal Packing İndustry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























