Dolların qiyməti 9 aylıq minimuma enib - AVRO DAHA DA BAHALAŞDI
ABŞ dolları əsas valyutalardan ibarət "səbətə" qarşı doqquz ayın ən aşağı səviyyəsinə düşüb.
Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini yüksəltmək öhdəliyini təkrarladıqdan sonra belə, bazarlar gələcəkdə iqtisadi "küləklərin" bankı faiz artırmağı dayandırmağa məcbur edəcəyini düşünürlər.
Dollar indeksi Çərşənbə günü Fed-in faiz qərarından sonra 1%-dən çox düşərək 100,85 bənd olub. Bu, 2022-ci ilin aprelindən bəri ən aşağı səviyyədir.
Dünən ABŞ Mərkəzi Bankı faiz dərəcələrini daha kiçik, 0,25 faiz bəndi artırıb və inflyasiyanın aşağı salınması istiqamətində daha bir sərt qərar qəbul edib. Lakin FED sədri Jerome Powell, ölkədə inflyasiyanın hələ də yüksək olaraq qaldığını və qiymət təzyiqlərini sovuşdurmaq üçün bankın faizləri daha nə qədər artırmalı olacağına əmin olmadığını söyləyib.
Bazarlar isə FED-in faizlərinin pik səviyyəyə yaxınlaşdığına inanırlar və mərkəzi bankın ilin ikinci yarısında faiz azaldacağını gözləyirlər.
FED-in hələ də mart ayında faizlərini daha 0,25 bənd artıracağı gözlənilsə də, daha sonra FED-in faiz artırmalarını dayandıracağı, ilin ikinci yarısında isə aşağı salacağını gözlənilir.
Bloomberg xəbər verir ki, treyderlər ilin ikinci yarısında faiz dərəcələrində ən azı 0,50 bənd azalma olacağını ehtimal edirlər.
FED-in 2023-cü ildə faiz azaldacağı potensialı Dolların məzənnəsini təzyiq altında saxlayır. Avro/Dollar məzənnəsi 1.10 səviyyəsini də keçərək 1.1033 avronu görüb (Dollar ucuzlaşıb, Avro bahalaşıb).
Bu gün həm Avropa Mərkəzi Bankının, həm də İngiltərə Mərkəzi Bankının faiz dərəcələrini 0,50 faiz bəndi artıracağı və əlavə artım siqnalı verəcəyi gözlənilir.
Xəbər verdiyimiz kimi, 1 fevral 2023-cü il tarixində FED faiz dərəcələrini 0,25 faiz bəndi artıraraq 4,50% - 4,75% aralığına çatdırıb.
HƏMÇİNİN OXU: ABŞ Mərkəzi Bankı faiz qərarını açıqladı - FED sürətini azaldır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
11 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
12 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
12 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb






















