Neft sürətlə ucuzlaşdı
ICE birjasında Brent markalı neftin qiyməti yanvarın 12-dən bəri ilk dəfə bir barel üçün 83 dollardan aşağı düşübLondonun ICE birjasında 2023-cü ilin aprel ayında çatdırılacaq Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti yanvarın 12-dən bəri ilk dəfə bir barel üçün 83 dollardan aşağı düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-a olan məlumata əsasən, Brent markalı neftin qiyməti 3,6% azalaraq bir barelə görə 82,40 dollar olub.
Eyni zamanda, 2023-cü ilin mart ayı üçün WTI markalı xam neftin fyuçersləri 3,5% azalaraq bir barel üçün 76,08 dollar təşkil edib.
Xam neftin qiymətləri ABŞ-da ehtiyatların ardıcıl altıncı həftə də artması və OPEC+ın Çində tələbinin artacağı anlayışı ilə hasilat səviyyəsini dəyişməz saxlamaq qərarı ilə əlaqədar olaraq düşür.
ABŞ-ın xam neft ehtiyatları yanvarın 27-də başa çatan həftə ərzində 4,14 milyon barel artıb.
OPEC+ın virtual iclasında dekabr ayında razılaşdırılmış hasilat hədəflərini saxlamağa qərar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






