Türkiyənin xarici ticarətində rekord kəsir
2022-ci ildə Türkiyə iqtisadiyyatında rekord illik xarici ticarət kəsiri qeydə alınıb.Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, xarici ticarət kəsiri 2022-ci ilin dekabr ayında 2021-ci ilin eyni ayı ilə müqayisədə 42% artaraq 6,83 milyard dollardan 9,7 milyard dollara yüksəlib.
Marja xəbər verir ki, bütün 2022-ci ildə xarici ticarət kəsiri 137 faiz artaraq 46,2 milyard dollardan 109,5 milyard dollara yüksəlib. Beləliklə, rekord kəsir qeydə alınıb. Bundan əvvəlki rekord 2011-ci ildə qeydə alınmışdı. Belə ki, 2011-ci ildə Türkiyənin 106 milyard dollarlıq xarici ticarət kəsiri yaranmışdı.
2022-ci ilin Dekabr ayında ixrac 2021-ci ilin eyni ayı ilə müqayisədə 3% artaraq 22,9 milyard dollara, idxal isə 12,2% artaraq 32,6 milyard dollara çatıb.
2022-ci ildə ixrac 2021-ci ilıə müqayisədə 12,9 faiz artaraq 254,2 milyard dollar, idxal isə 34 faiz artaraq 363,7 milyard dollar təşkil edib.
Yanvar-dekabr dövründə ixracatda birinci yeri Almaniya tutub. Almaniyaya ixrac 21,1 milyard dollar olub. Almaniyanın ardınca 16,9 milyard dollarla ABŞ, 13,8 milyard dollarla İraq, 13,1 milyard dollarla Böyük Britaniya və 12,4 milyard dollarla İtaliya gəlir. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,4 faizini təşkil edib.
Yanvar-dekabr dövründə Rusiya Federasiyası idxalda birinci yeri tutub. İdxal Rusiyadan 58,9 milyard dollar, Çindən 41,4 milyard dollar, Almaniyadan 24 milyard dollar, İsveçrədən 15,3 milyard dollar və ABŞ-dan15,2 milyard dollar təşkil edib.
İlk 5 ölkədən idxal ümumi idxalın 42,6 faizini təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







