Sumqayıt Kimya Sənaye Parkının daha iki rezidenti məhsul ixracına başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azərsulfat” MMC və “Glassica” QSC tərəfindən istehsal olunan məhsulların ixracına başlanılıb. Bununla əlaqədar bu müəssisələrə mediatur təşkil edilib.
Media nümayəndələri əvvəlcə “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Bildirilib ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisədə kontakt üsulu ilə 93% və 98%-li sulfat turşusu istehsal edilir. Müəssisənin illik istehsal gücü 20 min tondur ki, bunun 10 min tonunun daxili bazarda satışı, 10 min tonunun isə ixrac edilməsi planlaşdırılır. Hazırda Gürcüstana sulfat turşusu məhsulunun ixrac edilməsinə dair müqavilə imzalanıb və yaxın günlərdə bu ölkəyə məhsulun göndərilməsi planlaşdırılır. İnvestisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 42 nəfər daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan indiyədək daxili bazarda 1600 tondan çox məhsul satıb.
Sonra “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində olan KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisə fəaliyyətə başlayandan 2 xarici və 5 yerli şirkətlə məhsul satışına dair müqavilə imzalanıb. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq xarici ölkələrə - Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib.
“Glassica” QSC hazırda Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni ödəyir. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha bir müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan tələbat tam ödəniləcək. Hazırda müəssisədə 140 nəfər şəxs daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan bugünədək 3 milyon ədəddən çox butulka istehsal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























