KOB İnvestisiya Fondu yaxın 6 ayda fəaliyyətə başlaya bilər
Azərbaycanda KOB İnvestisiya Fondunun yaxın 6 ay ərzində yaradılması gözlənilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Hazırda bu məsələ ilə bağlı dövlət qurumları arasında danışıqlar aparılır, bütün rəylər yığılıb, təkcə Maliyyə Nazirliyi ilə bağlı məsələlər qalıb, bunlar təsdiq edildikdən sonra inanırıq ki, KOB İnvestisiya Fondu tezliklə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd hansısa layihələrdə sahibkarlıq subyektləri ilə birlikdə tərəfdaş olmaqdır. İnanırıq ki, sahibkarlar bu alətdən yararlanacaqlar. İmkan olacaq ki, dövlət vəsaitindən başqa yerli investor də müəyyən maliyyə vəsaiti qoyaraq bu fondun iştirakçısı olsun”, - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, Azərbaycan banklarında kreditlərin illik faiz dərəcələri yüksəkdir:
"Biz deyə bilmərik ki, onlar nə vaxtsa azalacaq, amma dövlətin də güzəştli maliyyə alətləri var. Sahibkarlar bundan uğurla istifadə edir. Bəzən iş adamları banklara sənədlərini düzgün təqdim etmir. Azərbaycan Mərkəzi Bankı ilə bizim biznes masamız fəaliyyət göstərir. Müxtəlif sahibkarlar, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi bu masanın üzvüdür. Sahibkarların müəyyən problemlərini dinləyə bilirik".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















