Amazon Apple-ı geridə qoyaraq dünyanın ən bahalı brendi oldu
Brand Finance: Amazon 299,3 milyard dollar dəyəri ilə ən bahalı brenddir. Elektrikli avtomobillərə tələbat artdıqca Tesla və BYD dünyanın ən sürətlə böyüyən markaları arasındadır.Dünyanın ən böyük onlayn pərakəndə satış şirkətlərindən biri olan Amazon, "Brand Finance Global 500" reytinqində dünyanın ən bahalı brendi seçilib.
Marja xəbər verir ki, Amazon, keçən ilki reytinq ilə müqayisədə 51 milyard dollar dəyər itirməsinə baxmayaraq Apple-ı geridə qoyub.
“Amazon brendinin dəyəri 15% azalaraq 350,3 milyard dollardan 299,3 milyard dollara düşməsinə baxmayaraq, dünyanın ən bahalı brendi kimi yerini tutub”, - deyə məlumatda bildirilir.
Apple ikinci yerə düşüb, bu brendin dəyəri keçən illə müqayisədə 16% azalaraq 355,1 milyard dollardan 297,5 milyard dollara geriləyib.
Reytinqdə üçüncü yerdə Google (281,4 milyard dollar), dördüncü yerdə Microsoft (191,6 milyard dollar), beşinci yerdə isə Walmart (113,8 milyard dollar) qərarlaşıb.
Qeyd olunur ki, Twitter və Snapchat siyahıdan çıxdıqdan sonra reytinqdəki texnologiya şirkətlərinin sayı 50-dən 48-ə düşüb.
Dəyərini itirmiş digər texnologiya yönümlü brendlər siyahısına - Samsung Group (brend dəyəri 7% azalaraq 99,7 milyard ABŞ dolları olub), Alibaba.com (brend dəyəri 56% azalaraq 10,0 milyard ABŞ dolları olub), Facebook (brend dəyəri 42% azalaraq 59,0 milyard ABŞ dolları olub) və WeChat (brend dəyəri 19% azalaraq 50,2 milyard ABŞ dolları təşkil edib) daxildir.
İnstagram (brend dəyəri 42% artaraq 47,4 milyard ABŞ dollarına çatıb) və LinkedIn (brend dəyəri 49% artaraq 15,5 milyard ABŞ dollarına çatıb) texnologiya sektorunda böyüyüb.
Tesla (reytinqdə 9-cu yer, brend dəyəri 44% artaraq 66,2 milyard ABŞ dollara çatıb) və BYD (199-cu yer, brend dəyəri 57% artaraq 10,1 milyard ABŞ dollara yüksəlib) ən sürətlə böyüyən brendlərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)




.jpg)







