İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayır
Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçiriləcək.Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (WEF - World Economic Forum) keçiriləcək.
Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.
2021-ci ildə WEF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID ilə əlaqədar olaraq yanvar ayında deyil, may ayında keçirilib.
Marja xəbər verir ki, təşkilatçılara görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Çin Baş nazirinin müavini Liu Henin çıxışları gözlənilir.
Yanvarın 18-i BMT-nin baş katibi Antonio Quterreş və Almaniya kansleri Olaf Şolz çıxış edəcəklər. Cənubi Koreya prezidenti Yoon Seok-yeol ertəsi gün çıxış edəcək.
Davosa Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq, Serbiya prezidenti Aleksandr Vuçiç, ABŞ prezidentinin iqlim məsələləri üzrə elçisi Con Kerri, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala şəxsən Forumda iştirak edəcəklər.
Rusiya nümayəndə heyəti Davos forumunda iştirak etməyəcək. Ötən ilin yazında WEF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiya Federasiyasının nümayəndələri ilə münasibətləri dondurub.
Davosda keçirilən Dünya İqtisadi Forumu dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və daimi rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. Dünya İqtisadi Forumunun builki proqramı - dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektorları tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






