Qazaxıstan Milli Bankı pauza verdi
Qazaxıstan Milli Bankı (mərkəzi bankı) cümə günü əsas faiz dərəcəsini 16,75% səviyyəsində dəyişməz saxlamaq qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
Ötən il Fevralın 24-də Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini birdən-birə 3,25 faiz bəndi artıraraq 13,5%-ə qədər artırmaq barədə fövqəladə qərar qəbul etmişdi. Apreldə faiz dərəcəsi 14%-ə, iyulda 14,5%-ə, oktyabrda 16%-ə, dekabrda isə 16,75%-ə qaldırılmışdı.
Qazaxıstanda 2022-ci ildə inflyasiya 20,3% təşkil edib.
"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza faiz dərəcəsini +/- 1 faiz bəndi dəhlizlə illik 16,75% səviyyəsində müəyyən etmək qərarına gəlib", - Milli Bankın açıqlamasında deyilir.
Qeyd edilib ki, faizin sabit saxlanılması qərarı faktiki inflyasiyanın Milli Bankın proqnozlarına uyğun olması fonunda qəbul edilib.
Belə ki, Mərkəzi Bankın məlumatına görə, aylıq inflyasiya dinamikası 2022-ci ilin dekabrında 1,2% (2022-ci ilin sentyabrında 1,8%) təşkil edərək, ardıcıl üçüncü aydır yavaşlama nümayiş etdirir. Bununla belə, azalmaya baxmayaraq, bu, hələ də orta illik dəyərləri (son 5 il ərzində dekabrda orta hesabla - 0,7%) üstələyir.
"Faktiki inflyasiyanın baza ssenarisinə uyğun inkişaf etdiyini və risklərin mövcud balansını nəzərə alaraq, Milli Bank baza dərəcəsinin artırılması dövrünün sonuna yaxın olması ilə bağlı əvvəlki bəyanata əməl edir. Faiz dərəcəsinin daha da artırılması potensialı məhduddur. Eyni zamanda, hələ də inflyasiya yüksək səviyyədə olduğu üçün faiz dərəcəsini uzun müddət cari dəyərlərdə saxlamaq lazımdır”,- Qazaxıstan Milli Bankı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





