Prezident 33,3 milyard manatlıq büdcəni təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu" imzalayıb.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş xərcləri 32 milyard 583 milyon 992 min manat, yerli xərcləri 769 milyon 286 min manat) məbləğində təsdiq edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 579 milyon 300 min manat məbləğindədir. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2023-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 milyon manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 milyard manat məbləğində təsdiqlənib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























