SİMA mobil tətbiqinin yenilənməsi ilə qeydiyyat prosesi daha rahat oldu
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın mobil tətbiqi təkmilləşdirilərək yeni funksionallıqlar əlavə edilib.
Yenilənmiş mobil tətbiqdə imzanın əldə edilməsi üçün həyata keçirilən qeydiyyat prosesi daha əlçatan olub. Əvvəlki versiyada tələb edilən vətəndaşın başını dairə ətrafında fırlatması prosesi ləğv edilib. Həmçinin üz tanıma və canlılıq testləri birləşdirilərək bir mərhələdə təqdim olunur.
Təkmilləşdirilmiş qeydiyyat prosesi zamanı vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra təlimatda qeyd edilən 4 standart hərəkəti qısa zamanda icra edərək üz tanıma mərhələsini tamamlayırlar. Bunun ardınca PİN kod təyin edərək SİMA rəqəmsal imzanı əldə edirlər.
Bundan başqa, yenilənən mobil tətbiqdə vətəndaşlara imzaladıqları və onlara göndərilən sənədləri mobil cihazın yaddaş qurğusunda saxlamaq imkanı verilir. Tətbiqin “Əsas səhifə”sində yuxarı hissədə xidmətlər və yeniliklər barədə “Hekayə” formatında məlumatlar təqdim edilir.
Qeyd edək ki, hazırda SİMA yeni nəsil rəqəmsal imza ilə 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin inteqrasiyası davam edir.
Bu günədək isə bank, BOKT, sığorta sahəsində fəaliyyət göstərən şirkətlər, elektron dövlət xidmətləri təqdim edən portallar və digər xidmət platformaları da daxil olmaqla, 17 qurumun SİMA ilə inteqrasiyası yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
49 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
53 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
















.jpg)


