Neftin qiyməti gecə kəskin aşağı düşüb
Neftin qiyməti 80 dollardan, daha sonra isə 79 dollardan da aşağı düşüb. Səbəb iri iqtisadiyyatlarda tənəzzül baş verəcəyi qorxularıdır.Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin fevralında çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti yanvarın 4-dən bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb.
Marja.az xəbər verir ki, Brent nefti 4,55% ucuzlaşaraq 78,74 dollar/barelə düşüb.
Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin yanvar çatdırılması üçün fyuçersləri 3,98% azalaraq bir barel üçün 73,87 dollar olub.
"Wall Street" bankları 2023-cü ildə potensial tənəzzül barədə xəbərdarlıq ediblər, xüsusən də inflyasiya gözləniləndən daha sərt olarsa və faiz dərəcələri artmağa davam edərsə böhran daha ağır ola bilər.
Bu həftə ABŞ-ın güclü iqtisadi məlumatları, inflyasiya üzərində yuxarı təzyiqin yaxın gələcəkdə də davam edəcəyini və bu tendensiyanın Federal Ehtiyat Sisteminin (FED) daha da amansız hərəkətlərinə səbəb ola biləcəyini göstərir. FED-in faizlərini daha da artırmasının böhrana səbəb olacağı gözlənilir. İqtisadi böhranlar zamanı iqtisadiyyatın neftə tələbi azaldığından qiymətlər aşağı düşür. İri iqtisadiyyatlarda böhranın tənəzzül baş verəcəyi qorxuları neftin ucuzlaşmasına səbəb olur.
ABŞ-da anbarlarda xam neft ehtiyatları azalsa da, məhsul ehtiyatlarının, xüsusən də benzinin davamlı artması, dünyanın ən böyük neft istehlakçısında yanacağa pərakəndə tələbatın zəif qaldığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
29 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 45 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























