Azərbaycanda kredit zəmanət fondunun yaradılacağı vaxt bilindi
2017-ci ildə Azərbaycanda kredit zəmanət fondu yaradılacaq.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, kiçik və orta sahibkarlıq (KOS) üzrə kredit zəmanət fondunun yaradılması bu subyektlərin maliyyə risklərinin azalması ilə nəticələnə bilər. Bunun üçün yerli valyuta ilə kreditlərə zəmanətlərin verilməsi imkanları araşdırılacaq. Kredit zəmanət fondu KOS subyektlərinin ixrac məqsədləri üçün kredit ehtiyaclarını daha yaxşı ödəmək üçün əlavə imkanlar yaradacaq. Yerli bazara çıxış məqsədilə kreditlərə verilən zəmanətlər daha məhdud səviyyədə təmin ediləcək və bu zaman əsas diqqət orta sahibkarlıq subyektlərinə, daha sonra isə uzunmüddətli perspektivdə mikrosahibkarlıq subyektlərinə yönəldiləcək. KOS subyektlərinə zəmanətlər daha çox yerli valyuta ilə ayrılan kreditlər üzrə veriləcək.
Kredit zəmanət fondu tərəfindən pilot layihə kimi, ilk növbədə, yüksək gəlir gətirmək potensialına malik sektorlara, məsələn maşınqayırma və kənd təsərrüfatı məhsullarının emalına yönəlmiş kreditlərə zəmanət verilə bilər. Ayrı-ayrı KOS subyektlərinin seçilməsi meyarları ilkin mərhələdə daha sərt şəkildə müəyyən ediləcək. Belə ki, seçim zamanı əsas üstünlük qəbul olunan səviyyədə idarəçilik mexanizmləri olan, lazımi məlumatlarla tam təchiz olunmuş, qeydiyyatdan keçmiş, eləcə də strateji planı və kredit reyestrində yüksək reytinqi olan təsərrüfat subyektlərinə veriləcək.
KOS agentliyi həyata keçirilməkdə olan təşəbbüslərin və fəaliyyət planlarının bütün maraqlı tərəflərlə əlaqələndirilməsini təmin edəcək və KOS subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təkmilləşdirəcək. Agentlik İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, KOS subyektlərinin, bankların və digər maraqlı tərəflərin iştirakı ilə ildə iki dəfə iclaslar təşkil edəcək, mövcud çətinlikləri aradan qaldırmaq üçün hazırlanmış fəaliyyət planlarını müzakirə edəcək. Bundan əlavə, KOS subyektlərinin maliyyə vasitələrinə çıxışında aparılan təkmilləşdirmələri davamlı şəkildə qiymətləndirəcək və kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandıracaq.
Bundan başqa, 2017-2020-ci illərdə KOS subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində araşdırmalar aparılacaq, sahibkarların ehtiyacları müəyyənləşdiriləcək və bu istiqamətdə mütəmadi tədbirlər görüləcək. Tədbirlərə, həmçinin, ödənişsiz və ya güzəştli qiymətlərlə xüsusi təlim proqramlarının təşkili və həmin təlimlərə yerli və beynəlxalq məsləhətçilərin cəlb olunması aiddir. Eyni zamanda, KOS agentliyi banklarla əməkdaşlıq edərək, bankların KOS subyektlərinə qeyri-maliyyə xidmətləri (məsələn, marketinq, menecment, satış və s.) göstərilməsini təşviq edəcək.
Tədbirlərin həyata keçirilməsi zamanı mövcud təlim və tədris imkanlarından istifadə olunacaq, yeni təlim mərkəzlərinin yaradılması təşviq ediləcək və bu mərkəzlərdə təlim və məşğələlərin səmərəli olması üçün ən qabaqcıl metodologiyalardan istifadə ediləcək. Tədbirlərin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən və texniki dəstəyindən də istifadə ediləcək.
Bu prioritetin tərkib hissəsi olaraq, Azərbaycanda fəaliyyət göstərən KOS subyektlərinin ixrac fəaliyyəti daha rahatlıqla maliyyələşdiriləcək və son nəticə olaraq xarici bazarlara çıxış imkanları artacaq. KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi strateji hədəfinin tərkibində irəli sürülmüş bütün prioritetlər ümumi tədbirlər kompleksinin bir hissəsini təşkil edir. KOS subyektlərinin maliyyə savadlılığının artırılması nəticəsində onların rəqabət qabiliyyəti yüksələcək, bu isə öz növbəsində maliyyə resurslarından düzgün istifadə səviyyəsinə müsbət təsir göstərəcək.
Bu prioritetin yerinə yetirilməsi üçün əsaslı investisiya qoyuluşu tələb olunmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 saat əvvəl
-
15 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
15 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
17 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
17 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














