Maliyyə Nazirliyi rekord faizə razı oldu
Dövlət istiqrazlarının gəlirliyi tarixi maksimum səviyyəyə yüksəldi
Həmçinin 27 dekabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. "Marja" hərracın nəticəsinə istinadən xəbər verir ki, bir illik iqtiqrazların gəlirliliyi 21%-ə yaxın olub.
Hərrac zamanı 3 investor tərəfindən 6 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 14,743,300.00 AZN təşkil etmişdir.
Sifarişlər 82.0483 AZN (21.9999%) və 87.7784 AZN (13.9999%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 82.7233 AZN (20.9999%) orta ölçülmüş qiyməti 83.4716 (19.4716%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 28.12.2016 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir. İstiqrazların ödəmə tarixi 26.12.2017-cı ildir. İstiqrazların tədavül müddəti – 364 gündür.
Dövlət istiqrazlarının gəlirliliyi 21%-ə yaxınlaşarkən, bank əmanətlərinin gəlirliliyi 15% olaraq sabit qalır.
Kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib ki, əvvəlki aylarla müqayisədə tələb azalsa da investorlar illik gəlirlik tələbini də artırıblar. Əksər investorlar 20%-in üzərində gəlirlilik istəyir. Emitent bunu qəbul etməkdən imtina edə və ya tələbləri ödəyə də bilər. Son hərracda emiten bu faizə də razı olaraq sifarişləri təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























