Rusiyanın lüks yolsuzluq avtomobilinin seriya istehsalına başlanılıb - QİYMƏTİ
Rusiyanın lüks yolsuzluq avtomobili Aurus Komendant-ın seriya istehsalına başlanılıb"Alabuqa" zavodunda Rusiyanın dəbdəbəli yolsuzluq avtomobili Aurus Komendant-ın seriya istehsalına başlanılıb.
Marja.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısı bildirib.
"Tatarıstan Respublikasının "Alabuqa" xüsusi iqtisadi zonasındakı Aurus zavodunda Aurus Komendant-ın seriyalı istehsalı prosesinə başlanılıb. Bu, ölkəmizdə istehsal olunacaq ilk rus lüks yolsuzluq avtomobilidir. Əksər ehtiyat hissələri Rusiya istehsalçıları tərəfindən təmin edilir”, - məlumatda deyilir.
"Hazırda yerli tədarükçülərin payı 70%-ə çatıb. Bura avtomobilin bütün əsas komponentləri - elektrik, transmissiya, elektronika, interyer və dekorativ hissələr daxildir", - avtomobil istehsalçısı qeyd edib.
Sentyabrda Aurus Komendant-ın təqdimatı zamanı bildirilmişdi ki, avtomobilin kommersiya satışı 2023-cü ilin birinci rübündə başlayacaq və başlanğıc qiyməti 33,7 milyon rubl (cari məzənnə ilə 944 min manat) təşkil edəcək. Öncədən sifariş artıq mövcuddur.
Aurus Komendant avtomobili 598 at gücünə malik 880 Nm və 4,4 litr həcmli V8 Tvin-turbo mühərriklə təchiz edilir.
Aurus, hazırda sırasına limuzin, sedan və yolsuzluq avtomobili daxil olan ilk rus "lüks" avtomobil markasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)







.jpg)










