Türkiyədə istehsal olunan avtomobilə dünyada böyük tələb var
Türkiyənin avtomobil istehsalçısı Tofaş, "Egea" ailəsinin modellərinə böyük tələblə qarşılaşıb. İlk 6 ayda 100%-dən çox artım təmin edən Tofaş, 200 mininci avtomobili ixrac edib. İxrac edilən ölkələrin sayı isə 47-yə çatıb.
Tofaş-ın İcraçı direktoru Cengiz Eroldu bildirib ki, Fiat Egea model ailəsi ilk fazada İtaliya, Fransa, Almaniya, İspaniya və Böyük Britaniya kimi Avropa ölkələrinə, yüksək ədədlərdə ixrac edilib. Daha sonra modellər mərhələli olaraq dünyanın bir çox fərqli nöqtəsinə göndərilməyə başlanıb:
"Tofaş-da inkişaf etdirilərək istehsal olunan Fiat Egea-nın qısa müddətdə nail olduğu uğur bizlərə nə qədər məqsədəuyğun bir qərar verdiyimizi göstərdi. Fiat Egea-nıı bazara təqdim etdiyimiz gündən bu yana, qlobal mənada daim artan tələbə cavab vermək üçün istehsalımızı artırdıq.
Bu gün model ailəmizi, dünyanın müxtəlif bölgələrinə də ixrac etməyə başladıq; Fiat Egea-nı, Yaxın Şərqə, Cənubi Afrika, Almaniya, Fransa, İslandiyaya da göndəririk. Tofaş mühəndislərinin və işçilərinin imzasını daşıyan Egea modelini ixrac etdiyimiz ölkələrin sayı 47-yə çatıb. İyul 2017-ci il tarixinə 200 mininci maşınımızı ixrac etməyimizin qürur və xoşbəxtliyini yaşayırıq" deyə bildirib.
Cengiz Eroldu, Hatchback və Station Wagon modellərinin istehsal edilməsilə Egea ixracının 2017-ci ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrünə nisbətən 100%-dən çox artım göstərdiyini də vurğulayıb.
Tofaş 2017-ci ili təxminən 300 min ədədin üzərində bir ixracla başa çatdırmağı hədəfləyir.
Qeyd edək ki, model Türkiyə bazarında Egea, Avropa bazarında isə Tipo adı ilə tanınır. Azərbaycanda Fiat Tipo modelinin satışını “Avtolux Azərbaycan” MMC şirkəti təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







