“Yapı Kredi Bank Azərbaycan” bu sertifikatı Azərbaycanda əldə edən ilk bank oldu
(®)“Yapı Kredi Bank Azərbaycan” QSC ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi" üzrə beynəlxalq sertifikatı Azərbaycan Respublikasında əldə edən ilk bank oldu!
Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış ISO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartı ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və minimuma endirilməsi məsələlərində müəssisələrə və digər təşkilatlara köməklik göstərən vasitədir.
Bank fəaliyyəti çərçivəsində qabaqcıl beynəlxalq təcrübələri tətbiq edir və bu beynəlxalq sertifikatın əldə olunması ətraf mühitin mühafizəsinə, həmçinin bu sahədə görülən işlərin mükəməlləşdirməsinə təkan verəcəkdir.
Ekoloji İdarəetmə Sisteminin qurulmasının əsas məqsədi bank məhsulunun ilk mərhələsindən istehlakçıya təqdim edilməsinə qədər olan hər addımda ətraf mühitin təsirlərinin nəzərə alınmasıdır. Azərbaycanda ISO 14001 sertifikatının tələblərini uğurla yerinə yetirən ilk bank olmaq, “Yapı Kredi Bank Azərbaycan”-nın ölkəmizin təbii ehtiyatlarını gələcək nəsillər üçün qorumaq səylərini nümayiş etdirir. Bank bu fəliyyətlə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi istixana qazı emissiyalarının 40 faizədək azaldılmasına və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasına nail olmaq hədəfini dəstəkləyir.
Azərbaycanda ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimiz sırasında yer alır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























