“Veysəloğlu Distribusiya” şirkətinin 28 yaşı tamam olur - 4000 çeşiddə məhsul, 12 min müştəri
Şirkət 4000-nə yaxın çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir.(®) Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Veysəloğlu Distribusiya” şirkəti bu il 28 yaşını qeyd edir.
“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb. 1997-ci ildən etibarən Türkiyədə ixracat və topdansatışla məşğul olan “Yaycılı Kardeşler” şirkəti ilə ortaqlıq təsis edildikdən sonra öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4000-nə yaxın çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir.
Azərbaycan bazarında 12 minə yaxın aktiv müştəri bazasına malik olan “Veysəloğlu Distribusiya” öz müştərilərinə yüksək keyfiyyətli və operativ satış xidməti göstərir. Şirkət 150-dən çox yerli və xarici istehsalçının məhsulları ilə yanaşı, özünə aid olan 40-a yaxın şəxsi markasının da distribusiyası ilə məşğuldur.
“Veysəloğlu Distribusiya” Bakı şəhərini və regionları əhatə edən müasir anbar infrastrukturuna və 2300-dən artıq əməkdaş heyətinə malikdir. Şirkətin Bakı, Mingəçevir və Salyanda 3 əsas ofisi, Sumqayıt, Xaçmaz, Tovuz, Gəncə, Şəki, Göyçay, Bərdə, Sabirabad və Lənkəranda 9 lokal ofisi mövcuddur. “Veysəloğlu Distribusiya” peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici universitetlərdə təhsil almış təcrübəli mütəxəssislərdən ibarət kollektiv ilə inkişafa doğru addımlayır.
Ölkəmizin gündəlik tələbat mallarının istehlakı sahəsində bazar liderlərindən olan “Veysəloğlu Distribusiya” sürətlə inkişaf edir və fəaliyyət istiqamətlərini genişləndirir. Müştərilərini şirniyyat, qastronom və dondurulmuş məhsullar, içkilər və qeyri-qida məhsulları ilə təmin edən şirkət dünyaca məşhur markalarla uzun illər davam edən partnyorluq əlaqələrini genişləndirir, eləcə də portfelinə yeni markaları əlavə etməyə davam edir.
Bu il “Veysəloğlu Distribusiya” şirkəti yarandığı günü “Zəfər Qəhrəmanlarımız ilə 28 il” adlı tədbirlə qeyd etdi. Tədbirdə 1-ci və 2-ci Qarabağ müharibələrində torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımız, həmçinin 2020-ci ildə Vətən müharibəsində övladları qəhrəmancasına şəhid olan həmkarlarımız təşəkkürnamələr ilə təltif olundu.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. 2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte-in Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 40 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı







.jpg)






.jpg)




